Türkiyənin xarici işlər naziri Hakan Fidan İraq Türkmən Cəbhəsi (İTC) liderləri və nümayəndə heyəti ilə görüş keçirib.
Asayis.Az xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, görüş Bağdad səfirliyində həyata keçirilib.
Həmçinin görüşdə İraq Türkmən Cəbhəsinin prezidenti Həsən Turan və İraqdakı türkmən icmasının rəhbərləri də iştirak edib.
Demokrat.az