Hindistanın Mizoram əyalətində tikilməkdə olan dəmir yolu körpüsü uçub.
Asayis.Az xəbər verir ki, bu barədə "ANI News" məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində 17 işçi həlak olub.
Hadisə zamanı tikintidə 40-a yaxın işçinin olduğunu bildirilib.
Həmçinin dağıntılar altında qalanların axtarış-xilasetmə işlərinin davam etdiyi vurğulanıb.
Qeyd edək ki, bölgə rəsmiləri ölənlərin yaxınlarına başsağlığı verərək, dərin hüznlərini ifadə edib.