İranın Sistan-Bəlucistan əyalətində qum fırtınasından zərər çəkən yüzlərlə insan xəstəxanalara yerləşdirilib.
Asayis.Az xəbər verir ki, bu barədə bölgənin Fövqəladə Hallar İdarəsinin rəhbəri Mecid Muhibbi məlumat verib.
O bildirib ki, artıq uzun müddətdir ki, əyalətdə qum fırtınası davam edir:
"Əlverişsiz hava şəraiti ilə əlaqədar Sistan-Bəlucistanın şimalında yerləşən Zabul, Zehek, Hamun, Hirmend və Nimruz şəhərlərində 488 nəfər xəstəxanalara müraciət edib. Onlardan 64-ü müalicə olunaraq sağalıb".
Bölgədə qum fırtınasının daha bir həftə davam edəcəyini ifadə edən İran rəsmisi insanların, xüsusilə də xəstələrin, uşaqların və qocaların zərurət olmadıqca çölə çıxmamasını xahiş edib.