Azərbaycan Yazıçılar Birliyinin (AYB) birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayev ana dili bilgisi ilə növbəti dəfə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Asayis.Az xəbər verir ki, o AYB-nin sədr müavini, Mətbuat Şurasının sədri Rəşad Məcidi doğum günü münasibətilə təbrik edib.
“Təbrik edirəm! Sağlamlıq, xoşbəxtlik, çoxlu uğurları. Nəvələri ilə çox sevinc!” sözlərini yazıb.
Sosial şəbəkə istifadəçilərinin bir çoxu onun təbrikini “google translate” tərcüməsinə bənzədiblər.
Qeyd edək ki, Ç.Abdullayev tez-tez Azərbaycan dilində danışarkən yol verdiyi səhvlərə görə tənqid hədəfinə çevrilir.
Ölkə.az