Sərhədi qanunsuz keçməyə cəhd edən 12 nəfər tutuldu

 Sərhədi qanunsuz keçməyə cəhd edən 12 nəfər tutuldu

Türkiyədən qeyri-qanuni yollarla Yunanıstana və Suriyadan Türkiyəyə keçməyə cəhd edən 12 nəfər saxlanılıb.

Asayis.Az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, türk ordusunun sərhədlərdə baş verən qanunsuzluqlara qarşı mübarizəsi davam etdirilir:

"Bu çərçivədə Türkiyədən Yunanıstana və Suriyadan Türkiyəyə qeyri-qanuni yollarla keçməyə çalışan 12 nəfər sərhəd qoşunları tərəfindən saxlanılıb.

Araşdırmada saxlanılanlardan 9-nun terrorçu olduğu öyrənilib.

Qeyd edək ki, onlardan 2 nəfər PKK, 7 nəfər isə FETÖ terror təşkilatının üzvüdür".

Demokrat.az

11:28 - 23 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin