Ağakərim "Xəzər TV"dən ayrıldı

 Ağakərim

"Xəzər TV"nin aparıcısı, aşpaz Ağakərim Əbülfəzoğlu işindən ayrılıb.

Asayis.Az xəbər verir ki, o, bu barədə sosial media hesabında açıqlama verib:

"10 ildir "Xəzər"dəyəm, artıq sahilə çıxmaq zamanıdır! Bu paylaşımı etmək mənim üçün çox çətindir. Bəlkə də 1 aya yaxındır ki, depressiyadayam.  Həyatımda "Xəzər TV"nin yadda qalan, unudulmaz tarixi var. Yəqin ki bu hekayə bura qədər imiş. Mən "Xəzər TV" dən ayrılıram. 

Düz 10 il əvvəl paylaşım etmişdim ki, "tezliklə "Xəzər TV" də mənim təqdimatımda "Ləziz dad" verilişini izləyəcəksiniz". Bu gün də bunu yazmaq çox çətindir. Möhtəşəm müdirlərim, rəhbərlərim olub. 

Hüseyn Dinləməz, Rüstəm Məmmədov, Nazim Şərbətov,  Səbuhi Səyyah, Sənan Vəliyev, Gökhan Özgündakçı olmasaydılar bəlkə də bu gün Ağakərim usta brendi olmazdı. Amma televiziya layihəmdə yerimdə addımlaya bilmərəm. Dəyişiklik, yenilik, yeni nəfəs, yeni ruh olmalıdır. Bunun üçün də "Xəzər TV"dən öz xahişimlə ayrıldım. Görüşmək ümidi ilə...". 
 

10:00 - 23 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin