Hindistan Ermənistana hərbi texnika daşımağa davam edir - VİDEO

 Hindistan Ermənistana hərbi texnika daşımağa davam edir - VİDEO
Hindistan İran vasitəsilə Ermənistana silah tədarük etməyə davam edir.

Asayis.Az
 Qafqazinfo-ya istinadən xəbər verir ki, Təbrizin Şordərə bölgəsində Ermənistana hərbi texnika daşıyan yük avtomobilləri görüntülənib.
Sözügedən görüntülərin isə avqustun 18-i Təbriz sakinləri tərəfindən lentə alındığı bildirilir.

Xatırladaq ki, bir müddət əvvəl Nordüz (İran) sərhəd-keçid məntəqəsindən Ermənistana avtomobil kolonunun hərəkəti qeydə alınıb. Yayılan görüntülərdən aydın müşahidə olunub ki, daşınan yükü gizlətmək üçün onun üzərinə göy rəngdə tent atılıb. Lakin aydındır ki, İrandan Ermənistana daşınan yüklər hərbi məqsədlər üçün nəzərdə tutulub.

Qeyd edək ki, Ermənistanla Hindistan arasında dəyəri milyonlarla dollar təşkil edən hərbi müqavilələr imzalanıb.
 

 

12:49 - 22 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin