Mağazaya silahlı hücum edildi - 3 ölü, 6 yaralı

 Mağazaya silahlı hücum edildi - 3 ölü, 6 yaralı

ABŞ-ın Vaşinqton ştatında tütün məmulatları mağazasına silahlı hücum edilib.

Asayis.Az xəbər verir ki, verilən açıqlamaya görə hadisə səhər saatlarında baş verib. 

Hücum zamanı 3 nəfər ölüb, 6 nəfər isə ağır yaralanıb.

Hadisə yerindən 5 silah tapıldığını qeyd edən poli  hücumu törətməkdə şübhəli bilinən şəxslər barədə məlumat verməyib. Həmçinin ölənlərin kimliyi də açıqlanmayıb. 

Hadisənin səbəbləri araşdırılmağa davam edir.

Demokrat.az

11:07 - 22 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin