Moskva yaxınlığında 2 PUA VURULDU

 Moskva yaxınlığında 2 PUA VURULDU

Rusiya ordusunun hava hücumundan müdafiə (HHM) qüvvələri paytaxt Moskva yaxınlığında Ukrayna ordusuna məxsus iki pilotsuz uçuş aparatı (PUA) vurub.

Asayis.Az 
xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, dağıntı, tələfat və itki yoxdur.

Xatırladaq ki, Moskvanın Vnukovo və Domodedovo hava limanları bu gün səhər saatlarından etibarən PUA hücumu ehtimalı səbəbindən uçuşların təhlükəsizliyinin təmin edilməsi üçün fəaliyyətlərini məhdudlaşdırıblar. (Apa)

13:20 - 21 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin