Xəbər verdiyimiz kimi, bu gün Buzovna qəsəbəsi yaxınlığında dənizdə 1 nəfər batıb.
Asayis.Az-ın məlumatına görə, dənizdə batan həmin şəxs Türkiyə vətandaşı iş adamı Süleyman Filizdir.
Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin yaydığı xəbərə əsasən, hadisə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 400 metr aralı, nəzarətsiz ərazi) olub.
“Qafqazinfo”