"Bu halımla mükəmmələm" - FOTOLAR

Türkiyənin zəngin xanımlarından olan Süreyya Yalçın son vaxtlar kəskin dərəcədə arıqlaması ilə diqqət çəkib.

Asayis.Az xəbər verir ki, Süreyya xəstəlikdən əziyyət çəkməsi haqda xəbərlərə belə reaksiya verib:

"Anoreksiya və ya bulimiya olsaydım, dərhal kömək istəyərdim. Ölümdən çox qorxuram.

Səhərlər ananas və ya salat yeyirəm. Axşam yalnız bir dəfə qidalanıram. Yağdan istifadə etmirəm. Özümü çox yaxşı və sağlam hiss edirəm. Bu halımla mükəmmələm.

Estetikaya gəlincə isə hər qadın kimi kiçik toxunuşlar etdirmişəm".

Qeyd edək ki, Süreyya mərhum milyarder Faruk Yalçının qızıdır. 



Axşam.az 

17:38 - 20 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin