Azərbaycanda canavarlar kəndə hücum etdi - Qadının üzünü parçaladı

 Azərbaycanda canavarlar kəndə hücum etdi - Qadının üzünü parçaladı

Ağdaş rayonu Malay kəndinə canavarlar hücum edib. 

Asayis.Az xəbər verir ki, kənd sakinin həyətinə hücum edən canavar qadının üzünü parçalayıb. 

Hadisə avqust ayının 16-sı səhər saatlarında baş verib. 

Kənd sakini Allahverdiyev Fərman saytımıza açıqlamasında bildirdi ki, indiyədək mal-qaraya hücum edən canavarlar bu dəfə insanlara da hücum edib:

"Kənddə canavarlar çoxdur. Qonşuların heyvanlarına da hücum edirdi. Axırıncı dəfə bizim həyətə hücum edib. Həyat yoldaşım həyətdə olub və ona hücum edib. Yoldaşımın üzünü parçalayıb. 3 gündür ki, xəstəxanadadır. Ağdaş rayon xəstəxanasında müalicə alır. 

Deyirlər ki, bir neçə gün sonra Bakıya aparılacaq. Plastik əməliyyat olunmalıdır".

Kənd sakini bildirib ki, indiyədək rayonun bələdiyyə orqanlarına müraciət etsə də, bir nəticə ala bilməyib.  

News24.az

11:21 - 20 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin