Lənkəranlı Şəhla Abbaszadə dövlət proqramı çərçivəsində magistratura səviyyəsi üzrə eyni anda Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının 4 məşhur Universitetinə qəbul təklifi alıb.
Asayis.Az xəbər verir ki, Şəhla Abbaszadəyə Şeffild Universiteti, Bristol Universiteti, London Universiteti və Qlazqo Universiteti qəbul təklif edib.
Onun seçimi Böyük Britaniyanın ən qədim və nüfuzlu tədqiqat universitetlərindən biri olan Qlazqo Universiteti olub.
Şəhla Abbaszadə Lənkəranda anadan olub və 2019-cu ildə Lənkəran şəhər 4 nömrəli məktəb-liseyi bitirib. Bu il Azərbaycan Dillər Universitetinin (ADU) "Təhsil 1" fakültəsinin İngilis dili müəllimliyi ixtisası üzrə fərqlənmə diplomu ilə başa vurub.
Demokrat.az