Türkiyədə 29 yaşlı gənc oğlan əmisinin evini yandırıb.
Asayis.Az xəbər verir ki, hadisə yerli vaxtla saat 16:00 radələrində ölkənin Bursa vilayətində baş verib.
Üst mərtəbədə yaşayan əmisinin evini yandıran gənc qaçmağa çalışsa da hadisə yerinə gələn yanğınsöndürmə və polis qrupları tərəfindən hadisə yerində zərərsizləşdirilib.
Eyni zamanda ilkin araşdırmalar zamanı gənc oğlanın narkotik maddənin təsiri altında olduğu öyrənilib.
Yanğına müdaxilə edilib. Araşdırmalar davam etdirilir.