Tibb bacısı yeddi körpəni öldürdü

 Tibb bacısı yeddi körpəni öldürdü

Böyük Britaniyada yeddi körpəni öldürən tibb bacısı saxlanılıb.

Asayis.Az xəbər verir ki, bu barədə "EuroNews" məlumat yayıb.

Məlumata görə, uzun müddət davam edən araşdırmalar nəticəsində bir neçə körpənin ölümünə səbəb olan qadın saxlanılıb.

Araşdırmalarda Lusi Letbi adlı qadın tibb işçisinin yeddi körpəni öldürdüyü və altı körpəni öldürməyə cəhddə etdiyi aşkarlanıb.

Qatil qadın cinayətlərini 2015-ci ildən başlayaraq törədib.

Qeyd edək ki, tibb bacısına ömürlük həbs cəzasının verilməsi gözlənilir. Araşdırmalar davam etdirilir.
 

14:28 - 19 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin