İran İraqa axan çayın qarşısını kəsib

 İran İraqa axan çayın qarşısını kəsib

İran quraqlıq, ətraf mühit amilləri və su ehtiyatlarından səmərəsiz istifadə səbəbindən quraqlıq və səhralaşma riski ilə üzləşən İraqa axan Kiçik Zab Suyu çayının qarşısını alıb.

Asayis.Az
 xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Qeyd edək ki, İrandan da axan Kiçik Zab Suyu İraqın Süleymaniyyə şəhərindən keçərək Kərkük şəhərinə, oradan da İraqın daxili bölgələrinə doğru irəliləyir.

Tehran administrasiyasının yay aylarında heç bir səbəb olmadan və xəbərdarlıq etmədən günlərlə su axınının qarşısını kəsməsi onsuz da ciddi su problemi yaşayan İraqı daha çətin vəziyyətə salıb.

13:47 - 19 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin