6 yaşlı uşaq hovuzda boğularaq öldü

 6 yaşlı uşaq hovuzda boğularaq öldü

Türkiyədə tətildə olan rus ailənin 6 yaşlı uşağı otelin hovuzunda boğularaq ölüb.

Asayis.Az xəbər verir ki, hadisə Antalya şəhərinin Alanya bölgəsində baş verib.

Belə ki, azyaşlı uşaq üzmək üçün hovuza girib.

Bir müddət üzəndən sonra çırpınmağa başlayan uşaq ətrafdakıların köməyi ilə sudan çıxarılıb.

Hadisə yerinə təcili tibbi yardım qrupları gəlib və azyaşlı xəstəxanaya aparılıb.

Edilən müdaxilələrə baxmayaraq 6 yaşlı uşağı xilas etmək mümkün olmayıb.

Demokrat.az

13:37 - 19 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin