Onlar xoşbəxt görünən cütlüklərdən sayılırlar. Uzun müddətdir davam edən münasibətlərini uğurla idarə edirlər. 2 övladlarının olması isə bu xoşbəxtliyin simvolu kimi görünür.
2010-cu ildə tanış olan və 6 il sonra nişanlanan cütlüyün yeganə çatışmayan cəhəti isə hələ də evlənməməkləridir.
Asayis.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, söhbət moda dünyasının sevimli modellərindən olan Rozi Hantinqton Uaytli və aktyor nişanlısı Jason Stathamdan gedir.
Müsahibələrinin birində onlar münasibətləri yaxşı idarə etmək və xoşbəxtliyi tapmaq üçün evliliyə ehtiyac olmadığını bildiriblər. Lakin bu, cütlüyün evlənmək planlarının olmasını da istisna etmir. Öz təbirlərincə desək, həyatlarını rəsmən birləşdirmək üçün "düzgün vaxtı" gözləyirlər.
Altı illik görüşdən sonra Statham 2016-cı ildə sevgilisinə evlilik təklifi edib. Lakin cütlük nişanlanıb. İndi onların altı və iki yaşlı bir qız və oğulları var. Cütlük bir neçə gün əvvəl isə maraqlı açıqlamaları ilə gündəm yarada bilmişdilər:
"Uşaqlar böyüyüb toya qatılacaq yaşda olduqda, evlənmək əyləncəli olacaq".
56 yaşlı Statham və 36 yaşlı Rozi Hantinqton Uaytli aralarındakı yaş fərqini problemli görmürlər:
"Bu, bizim üçün problem deyil. Belə çox xoşbəxtik".
O, məşhur aktyor Jason Statham ilə münasibətini bu sözlərlə izah edib: "Etdiyiniz iş gəlir və gedir. Amma evdə sizi dünyanın ən gözəl insanı kimi hiss etdirən biri varsa, bu, sizə güc verir".
Məqaləyə dair fotomateriallar: