Ucarda çay içərkən güllələdilər

 Ucarda çay içərkən güllələdilər

Ucar sakini güllələnib.

Asayis.Az xəbər verir ki, hadisə avqustun 17-də rayonun Ramal kəndi ərazisində yerləşən çayxanada baş verib. Rayonun Alpout kənd sakini, 1990-cı il təvəllüdlü Tural Musa oğlu Tağıyev güllə yarası ilə Ucar Mərkəzi Rayon Xəstəxanasına müraciət edib. Ona ilkin tibbi yardım göstərildikdən sonra Göyçay rayon xəstəxanasına göndərilib. Tural Tağıyev müalicəsini davam etdirmək məqsədi ilə Bakıya aparılıb.

Tural Tağıyev çayxanada çay içərkən güllə yarası aldığını bildirilib.

Atəşin kim tərəfindən və hansı səbəbdən açılması barədə hələlik məlumat yoxdur.(APA)

15:39 - 18 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin