"Görəsən, nə etmişəm ki, qarşıma belə qayınana çıxıb" - FOTO

"Hər zaman, hər yerdə təkrar-təkrar deyirəm: görəsən, mənim nə boyda savabım var ki, Allah mənim önümə bu qədər özəl, mərhəmətli, sevgi və qayğı dolu, ana kimi qayınana çıxarıb".

Asayis.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri aktrisa Aydan Axundzadə sosial şəbəkə hesabında yazıb. Qayınanası Mehriban Əhmədova ilə foto yayımlayaraq, onu ad günü münasibətiylə təbrik edib:

"Bu gün onun doğum günüdür. Həyatımın ən önəmli çağı məhz bu böyük insanla bağlıdır, çünki mənə xəyallarımda belə cəsarət edib, arzulaya bilməyəcəyim qədər mükəmməl həyat yoldaşı bəxş edib. Mənim hələ də böyüməkdə olan ailəmin təməl daşlarında bu xanımın danılmaz izi və böyük əməyi var. Sizi çox sevirəm! Yaxşı ki, bu enişli-yoxuşlu həyatda məhz sizə rast gəlmişəm. Sağlam və uzun ömrünüz olsun, gözəl ana! Doğum gününüz mübarək".

Qeyd edək ki, Mehriban Əhmədova Əməkdar artist Çingiz Əhmədovun həyat yoldaşıdır. Aydan Ç.Əhmədovun oğlu, aktyor İbrahim Çingizlə ailəlidir. 

Məqaləyə dair fotomateriallar:

14:39 - 18 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin