Biz hər şeyə tüpürüb getməliyik - Babayan

 Biz hər şeyə tüpürüb getməliyik - Babayan

“Bu, Azərbaycanın əsl qələbəsi olacaq. Səslənən qiymətləndirmələr Qarabağ sakinlərinin problemlərini həll etməyəcək”.

Asayis.Az xəbər verir ki, bunu Xankəndidəki irredentist qüvvələrin təmsilçisi David Babayan BMT Təhlükəsizlik Şurasının iclası ilə bağlı mövqeyini şərh edərkən deyib.

Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının bəyanatları heç nəyi dəyişməyəcək. 

Əlavə edib ki, hər şey belə davam edərsə, Qarabağdakılar kəskin addımlara əl atmalı olacaq. “Ya qalıb vuruşmalıyıq, ya da hər şeyə tüpürüb getməliyik”, - o qeyd edib.

“Ölkə.Az”

11:59 - 18 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin