Ərdoğanın səsi ilə insanları aldadan dələduz tutuldu

 Ərdoğanın səsi ilə insanları aldadan dələduz tutuldu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səsini süni intellekt vasitəsilə təqlid edən dələduz saxlanılıb.

Asayis.Az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Bildirilib ki, adı açıqlanmayan dələduz şəxs süni intellekt ilə prezident Ərdoğanın səsini təqlid etməyə çalışıb. Həmçinin səsdən istifadə edərək bəzi iş adamları və yüksək səviyyəli dövlət idarəçiləri ilə əlaqə qurmağa cəhd edib.

Dələduz qısa müddətdə tutularaq təhlükəsizlik bölmələrinə təhvil verilib.

Səlahiyyətlilər vətəndaşlara kibercinayətlər çərçivəsində bu cür cəhdlərə qarşı diqqətli olması ilə bağlı xəbərdarlıq edib.

Demokrat.az

10:11 - 18 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin