Paşinyan Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Sünik (Zəngəzur) bölgəsinə səfərə hazırlaşır.
Asayis.Az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” qəzeti yazır.
Onun bu rayona sonuncu səfəri 2021-ci ildə İkinci Qarabağ müharibəsindən sonra yerli sakinlər tərəfindən təhqir olunduğu vaxt olub.
Nəşr qeyd edir ki, bunun ardınca “bir daha təhqir olunmaması üçün” cinayət işləri başlanıb. Bundan sonra Paşinyan bu bölgədə görünməkdən yayınıb.
Bildirilir ki, Ermənistan baş nazirinin təhlükəsizlik xidməti dünəndən Sünik bölgəsindədir və onun səfərinə hazırlaşır: “İğtişaşların qarşısını almaq üçün dəqiq tarix gizli saxlanılır”.