Lənkəranda qardaş-qardaşı bıçaqlayıb.
Asayis.Az xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.
Belə ki, Lənkəran rayonu Şilavar kənd sakini 1993 - cü il təvəllüdlü Aqil Əlihəsən oğlu Əlizadə ətrafdakıların köməyi ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralıya döş qəfəsinin kəsilmiş-deşilmiş yaraları diaqnozu qoyulub. Dərhal əməliyyat olunub. Aparılan araşdırmalar nəticəsində hadisənin ailə münaqişəsi zəminində Lənkəran rayon Şilavar kənd sakini Amil Əliyev tərəfindən törədildiyi müəyyən edilib.//Report