Türkiyəli məşhur müğənni Sıla Gençoğlunun anası reanimasiyaya yerləşdirilib.
Asayis.Az xəbər verir ki, bu barədə Türkiyə mediasında məlumat yayılıb.
Məlumata görə, müğənninin anası Ömür Gençoğlu halı pisləşdiyinə görə xəstəxanaya çatdırılıb.
İlkin müayinələr zamanı qadının beynində laxtalanma olduğu öyrənilib, o, təcili olaraq reanimasiyaya qaldırılıb.
Qeyd edək ki, Sıla anasının səhhətində yaranan problemlərə görə bütün konsertlərini ləğv edib.