Myanmanın Kaçin əyalətində nefrit mədənində baş verən torpaq sürüşməsi nəticəsində 32 nəfər həyatını itirib.
Asayis.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, bir neçə gün əvvəl baş verən torpaq sürüşməsi zamanı ölənlərin sayı 32 nəfərə çatıb.
Rəsmilər itkin düşən mədənçilərin axtarış-xilasetmə işlərinin davam etdiyini, həmçinin 8 yaralının xəstəxanaya aparıldığını bildirib.
Xatırladaq ki, 2020-ci ildə eyni ərazidə sürüşmə nəticəsində 160 nəfər dünyasını dəyişmişdi.