Son günlər Qarabağdakı erməni separatçılarının aktivləşdiyi görünür. Laçın istiqamətində hərbi texnika yığır, mülki əhalini silahandırır, səngərlər qazırlar.
Asayis.Az xəbər verir ki, politoloq Qabil Hüseynli açıqlamasında bildirib ki, ermənilər özlərindən başqa hər kəsə güvənir:
“Onları qızışdıranlar var, elə bilirlər ki, Rusiya, Fransa, İran arxalarında dayanıb. Rusiyanın gördüyü ala-yarımçıq işlərin nəticəsidir. Üçtərəfli bəyanatla söz vermişdilər ki, iki ay ərzində erməni silahlı birləşmələrini ərazidən çıxaracaqlar, artıq 3 ildir. Sayları bəzi məlumatlara görə hələ 2 min də artıb”.
Politoloq vurğulayıb ki, erməni terrorçuları Azərbaycanla savaşacaq gücdə deyillər:
“Dislokasiya etməklə, hərbi texnikalarını, canlı qüvvələrini üzə çıxarmaqla elə bilirlər ki, Azərbaycanla baş-başa gələcək gücləri var. Onlarda bu qüdrət yoxdur. Belə davam edərlərsə, Azərbaycan ordusu əvvəlcə ultimatum verib, təslim olmalarını tələb edəcək. Təslim olmasalar, qüvvələrimiz onları tərkisilah edib, əsir götürəcək. İndiki şüvən, qışqırıq, beynəlxalq təşkilatlara müraciətlər boşunadır. Çünki Azərbaycanın mövqeyi beynəlxalq hüquqa və Konstitusiyaya əsaslanır”.
Demokrat.az