Liviyanın paytaxtı Tripolidə hökumətə bağlı “Rada” bölməsi ilə “444-cü briqada” arasında baş verən qarşıdurmalarda 27 nəfər ölüb.
Asayis.Az xəbər verir ki, bununla bağlı ölkənin İlk Yardım və Dəstək Mərkəzi açıqlama yayıb.
Açıqlamada Tripolidə dünən başlayan qarşıdurmalarda 27 nəfərin həyatını itirdiyi, 106 nəfərin yaralandığı bildirilib.
Ölənlərin mülki vətəndaşlar olub-olmadığı hələlik məlum deyil.
Qeyd edək ki, Liviya hakimiyyəti bu gün paytaxtın cənubunda və Ayn Zara bölgələrində qarşıdurmaların davam etdiyini açıqlayıb.