Türkiyədə dənizdə boğulma təhlükəsi ilə üzləşən ana, ata və iki uşaq müalicə aldıqları xəstəxanada dünyasını dəyişib.
Demokrat.az xəbər verir ki, hadisə ölkənin Sinop vilayətində baş verib.
Boğulma təhlükəsi ilə üzləşən 4 şəxs ətrafdakı vətəndaşlar tərəfindən sudan çıxarılıb.
Hadisə yerinə gələn təcili tibbi yardım qrupları onları dərhal xəstəxanaya çatdırıb.
Lakin bütün müdaxilələrə baxmayaraq, ailənin 4 üzvü də dünyasını dəyişib.
Hadisənin təfərrüatları araşdırılır.