Türkiyəli müğənni Petek Dinçöz məşhur Azərbaycan mahnısı "Yandırdı qəlbimi"ni oxuyub.
Asayis.Az xəbər verir ki, ifaçı mahnıya klip də çəkdirib. Dayanmadan yaradıcılığında yeniliklər edən Dinçöz ekran işi üçün xüsusi hazırlıq görüb.
Türkiyənin “Diva”sı Bülent Ersoy Dinçözə Londondan aldığı 15 min funt-sterlinqlik corabları verib.
Ersoy həmçinin klipdə istifadə etməsi üçün xüsusi hazırlanmış və dəyəri 1 milyon TL-ni keçən "Harem" kolleksiyasını Petek Dinçözə təqdim edib. Klipin rejissoru Erkan Nasdır.
Qeyd edək ki, bəstənin müəllifi Novruz Feyzullayevdir.