Hovuza tullanaraq ölən kişinin sərxoş olduğu üzə çıxdı - VİDEO

 Hovuza tullanaraq ölən kişinin sərxoş olduğu üzə çıxdı - VİDEO
Sumqayıtda hovuza tullanan kişi ölüb.

Asayis.Az Xəzər TV-yə istinadən bildirir ki, bədbəxt hadisə dəniz kənarındakı restoranların birinə baş verib.

İstirahət mərkəzinin əməkdaşı Orxan Əliyev iddia edib ki, həmin şəxslər sərxoş olublar. gecə saatlarında əraziyə polis də çağrılıb.

Məkanı tərk etmək istəməyən şəxslərdən biri - 35 yaşlı Elşad Rəsulov hovuza baş vurub və boynu qırılıb.

Sumqayıt şəhəri Polis İdarəsindən bildirilib ki, faktla bağlı bağlı araşdırmalar davam etdirilir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.
 

 

10:44 - 16 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin