Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb

 Gürcüstanda torpaq sürüşməsi nəticəsində ölənlərin sayı artıb

Xilasedicilər Şovi dağ kurortunda daha bir nəfərin cəsədini tapıblar. Bununla da torpaq sürüşməsi qurbanlarının sayı 25-ə çatıb.

Bu barədə bazar ertəsi Gürcüstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti xəbər verib.

Məlumata görə, 5 insan cəsədinin parçaları da aşkar edilib və hazırda onların tanınması prosesi gedir.

Gürcüstanın daxili işlər naziri Vaxtanq Qomelauri bazar ertəsi jurnalistlərə bildirib ki, axtarış əməliyyatları bütün itkin düşən vətəndaşlar tapılana qədər davam edəcək.

“Daha səkkiz nəfərin axtarışını davam etdiririk. Təbii fəlakət yerində iş gecə-gündüz davam edir”, - nazir bildirib.

Xatırladaq ki, avqustun 3-də Şovidə baş verən sürüşmə insan tələfatı ilə nəticələnib. Həmçinin, evlər, yollar və körpülər uçub.

14:40 - 15 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin