Türkiyədə sünnət toyunda yediyi yeməkdən zəhərlənən 60 nəfər xəstəxanaya yerləşdirilib.
Asayis.Az xəbər verir ki, hadisə ölkənin Sakarya bölgəsində baş verib.
Belə ki, toyda iştirak edənlərdən 60 nəfəri təcili olaraq xəstəxanaya yerləşdirilib.
Müayinə zamanı onların yeməkdən zəhərləndiyi məlum olub.
Müalicələri davam etdirilən şəxslərin vəziyyətinin hazırda yaxşı olduğu bildirilir.
Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.