Rusiyada yenə hərbi komissarlığı yandırmaq istədilər

 Rusiyada yenə hərbi komissarlığı yandırmaq istədilər

Rusiyada növbəti dəfə hərbi komissarlığın yandırılmasına cəhd olunub.

Asayis.Az axar.az-a istinadən bildirir ki, budəfəki hadisə Sverdlovsk vilayətində baş verib.

Belə ki, Polevskoy şəhərinin sakini yandırıcı məhlulun olduğu butulkanı yerli komissarlığın qapısına atıb. Qapı alışsa da, dərhal mühafizəçilər tərəfindən söndürülüb.

Yanğını törədən ərazidən qaçmağa çalışıb, lakin yaxalanıb. Onun 45 yaşlı yerli sakin Vladimir V. olduğu müəyyən edilib. Faktla bağlı araşdırma aparılır.

15:20 - 14 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin