Daha bir nəfər dənizdə batdı

 Daha bir nəfər dənizdə batdı

Xəzər rayonunun Zirə qəsəbəsinin yaxınlığında dənizdə bir nəfər batıb.

Asayis.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 20 km aralı, nəzarətsiz ərazi) 1 nəfərin batması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

11:39 - 14 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin