İran hakimiyyəti hicaba tələbləri yüngülləşdirib.
"Qafqazinfo" xarici KİV-ə istinadən xəbər verir ki, polis artıq yaşı 18-dən aşağı olan hicabsız vətəndaşları saxlamayacaq.
"Bundan başqa, onlar polisə aparılmayacaqlar", - deyə parlamentin spikeri Məhəmməd Bağır Qalibaf məsələyə münasibət bildirib.
Qeyd edək ki, bundan əvvəl İran hüquq-mühafizə qüvvələri komandanlığının rəsmi nümayəndəsi, general Səid Montazer əl-Mehdi qadınların hicablı olmasını təmin edəcək piyada və avtomobil patrullarının tətbiq olunacağını demişdi.