Xəbər verdiyimiz kimi, aparıcı Vüsalə Əlizadə ATV telekanalı ilə yollarını ayırması haqda məlumatı təsdiqləyib.
Asayis.Az-ın məlumatına görə, bundan sonra onun hansı kanalda fəaliyyətini davam etdirməsi haqda suallar yazılıb. Aparıcı özü də sosial şəbəkədə ünvanlanan sualları cavabsız qoyub.
Axşam.az-ın əldə etdiyi məlumata görə, V.Əlizadə bu günlərdə "Xəzər TV"də görüntülənib. Kanala keçmək üçün danışıqlar aparan Əlizadənin razılaşıb, razılaşmaması isə dəqiq deyil.