“Rusiya Gürcüstanın işğal olunmuş ərazilərini geri qaytarmalıdır” - BMT Rusiyaya çağırış etdi

 “Rusiya Gürcüstanın işğal olunmuş ərazilərini geri qaytarmalıdır” - BMT Rusiyaya çağırış etdi

ABŞ, Böyük Britaniya, Fransa, Albaniya, Yaponiya və Malta Rusiyanın Gürcüstana təcavüzünün 15-ci ildönümü ilə bağlı birgə bəyanat yayıb.

Asayis.Az
 xəbər verir ki, sənəddə onlar Moskvanı Cənubi Osetiya və Abxaziyanı Tbilisiyə qaytarmağa çağırıblar.

Bəyanat müəllifləri qeyd ediblər ki, Rusiyanın 2008-ci ilin avqustunda Gürcüstana təcavüzü Kremlin qonşu ölkələrə qarşı siyasətində daha aqressiv tendensiyadan xəbər verir və bu, hazırda Ukraynada müşahidə olunur.

“Biz Rusiyanın açıq-aşkar işğalını, davam edən hərbi mövcudluğunu və Gürcüstanın ayrılmaz hissələri olan Abxaziya və Cənubi Osetiyadakı Sxinvali bölgəsi üzərində effektiv nəzarət həyata keçirməsini, həmçinin Rusiyanın bu bölgələri ilhaq etmək üçün atdığı addımları pisləyirik”, – bəyanatda deyilir.

Bu “respublikalar” formal olaraq Rusiyanın bir hissəsi deyil, lakin Moskva onların müstəqilliyini 2008-ci il avqustun 26-da tanıyıb. Onun ardınca Venesuela, Nikaraqua, Nauru və Suriya da eyni addımı atıb. BMT sənədlərində Abxaziya və Cənubi Osetiya Gürcüstanın əraziləri hesab olunur. Təşkilat bu “respublikaları” Rusiya tərəfindən işğal olunmuş hesab edir.//Azpost.info

12:59 - 13 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin