Bayden Çini “saatlı bomba” adlandırdı

 Bayden Çini “saatlı bomba” adlandırdı

"Çin iqtisadi problemlərinə görə “saatlı bomba”dır".

Asayis.Az xəbər verir ki, bunu ABŞ Prezidenti Co Bayden jurnalistlərə açıqlaması zamanı deyib.  

“Onların bəzi problemləri var. Bu yaxşı deyil, çünki pis insanlar problemlə üzləşəndə ​​pis işlər görürlər”, - deyə Amerika lideri bildirib.

Bayden vurğulayıb ki, Çinin iqtisadi inkişafı yavaşlayıb, pensiya yaşına çatmış insanların sayı əmək qabiliyyətli yaşda olanların sayından çoxdur.

 

"Qafqazinfo" 

11:14 - 13 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin