ABŞ-ın Hyuston şəhərində avtomobildə qalan üç aylıq körpə istidən ölüb.
Asayis.Az xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Məlumata əsasən, gənc qadın 4 yaşlı uşağı ilə xəstəxanaya gedib və körpəni maşında saxlayıb.
Geri qayıdanda isə maşında 3 aylıq körpəsinin cansız bədəni ilə rastlaşıb.
Səlahiyyətlilər körpənin avtomobildə nə qədər müddət qaldığını və ya şüşələrin açıq olub-olmadığını açıqlamasa da valideynlərə uşaqların heç vaxt avtomobildə nəzarətsiz qalmaması ilə bağlı sərt xəbərdarlıq edib.