Lənkəranda bədbəxt hadisə baş verib.
Asayis.Az APA-ya istinadən bildirir ki, hadisə Lənkəran şəhərinin Heydər Əliyev prospektində yerləşən yaşayış binasında qeydə alınıb. 2011-ci il təvəllüdlü Ləman Elnur qızı İsmayılova evdə qardaşı ilə oynayarkən divandan yıxılıb və boynu qırılıb. Aldığı xəsarətlərdən L.İsmayılova hadisə yerində ölüb.
Meyit daxili və xarici müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.