Məşhur müğənni qəza keçirdi, amma konsertini ləğv etmədi

 Məşhur müğənni qəza keçirdi, amma konsertini ləğv etmədi

Türkiyəli müğənni Tan Taşçı keçirdiyi yol qəzasına baxmayaraq, Antalyadakı konsertini ləğv etməyərək səhnəyə çıxıb.

Asayis.Az xəbər verir ki, müğənni xəstəxanaya yerləşdirilsə də konsert saatında özünü səhnəyə çatdırıb.

Antalyada yerli vaxtla saat 21:30-da səhnəyə çıxan müğənnini pərəstişkarları ayaqda qarşılayıb. 

Eyni zamanda tamaşaçılar “Tez sağal, Tan, yaxşı ki varsan ” şüarları səsləndirib. 

Xatırladaq ki, müğənni Tan Taşçı dünən yol qəzası keçirdiyinə görə xəstəxanaya yerləşdirilmişdi.
 

14:40 - 12 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin