Nigeriyada silahlı hücumda 21 nəfər həyatını itirdi

 Nigeriyada silahlı hücumda 21 nəfər həyatını itirdi

Nigeriyanın Plateau əyalətində silahlı hücumda 21 nəfər həyatını itirib.

Asayis.Az xəbər verir ki, bu barədə məlumatlar xarici mediada yer alıb.

Məlumata görə, Plateau əyalətinin Barkin Ladi bölgəsinə gələn silahlı şəxslər hücum təşkil edib.

Nəticədə 21 nəfər dünyasını dəyişib. 

Xüsusi Hərbi Əməliyyat Qrupunun sözçüsü kapitan Ola Ceyms bölgəyə əsgərlərin göndərildiyini və vəziyyətin nəzarət altında olduğunu bildirib.

Qeyd edək ki, son 3 ayda dini qarşıdurmalarda 300-dən çox insan həyatını itirib.
 

13:40 - 12 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin