Asayis.Az xəbər verir ki, istirahət üçün Bodruma yollanan 29 yaşlı bloqer qaldığı villanın həyətindən görüntüləri izləyiciləri ilə bölüşüb.
Hüseyn villanın həyətində 100 dollarlıq əskinaslardan ibarət dəstləri çəkərək sosial şəbəkə hesabında paylaşıb. Paylaşım birmənalı qarşılanmayıb.
İzləyicilərin böyük əksəriyyəti onu tənqid edib və bunu lovğalıq adlandırıb, bir qism isə pulların saxta olduğunu iddia edib.