Yevlaxda avtomobil dayandığı yerdə alovlandı - VİDEO

 Yevlaxda avtomobil dayandığı yerdə alovlandı - VİDEO
Yevlaxda minik avtomobili yanıb.

Asayis.Az 
xəbər verir ki, dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Yevlax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində “VAZ-2106” markalı minik avtomobilinin mühərrik bölməsində baş vermiş yanğın digər hissələrinə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində avtomobilin mühərrik bölməsində detallar yanıb, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.
 

 

10:33 - 12 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin