Tanınmış aktyor evini satır - FOTO

 Tanınmış aktyor evini satır - FOTO

Aktyor Billi Porter Hollivudda aktyor və ssenaristlərin davam edən tətilləri səbəbindən evini satmaq məcburiyyətində qaldığını etiraf edib.

Asayis.Az xəbər verir ki, ulduz bu barədə "Evening Standard"a müsahibəsində danışıb.

Porter nə vaxt işə qayıdacağını bilmədiyini deyib. Aktyor yeni filmlə yanaşı, televiziya şousunda da çəkilməli idi, lakin çəkilişlər təxirə salınıb.

Aktyor həmkarlarının mövqeyi ilə həmrəy olduğunu vurğulayıb.

Qeyd edək ki, iyulun 12-si aktyorlar ittifaqı ilə Hollivud aparıcıları arasında əvvəlki üç illik müqavilənin müddəti başa çatıb. Tərəflər yeni razılığa gələ bilməyib və iyulun 13-də Ekran Aktyorları Gildiyası və ABŞ Televiziya və Radio Aktyorları Federasiyasının tətili başlayıb. 

Həmkarlar ittifaqı üzvlərinin təxminən 98%-i aktyorların küçələrə çıxmasına səs verib. Həmkarlarını dəstəkləyənlər arasında Bred Pitt , Corc Kluni , Mett Deymon və başqaları da var. Aktyor Deyn Conson isə həmkarlarına dəstək olmaq üçün ABŞ-nin Ekran Aktyorları Gildiyasına rekord məbləğdə ianə edib. 
 

News24.az 

17:20 - 11 Avqust 2023

Ən son xəbərləri səhifəmizdən də izləyin