Kim Çen In müharibəyə hazırlıq barədə tapşırıq verdi

 Kim Çen In müharibəyə hazırlıq barədə tapşırıq verdi

Şimali Koreya lideri Kim Çen In Baş Qərargah rəisini işdən çıxarıb və mümkün müharibəyə fəal hazırlaşmağa, silah istehsalını artırmağa və hərbi təlimləri genişləndirməyə çağırıb.

Asayis.Az bildirir ki, bu barədə Koreyanın Mərkəzi Xəbər Agentliyi məlumat yayıb.

Kim Çen In bunu Mərkəzi Hərbi Komissiyanın iclasında deyib.

General Li Yonq Gir istefaya göndərilən general Pak Su İlin yerinə Baş Qərargahın yeni rəisi təyin edilib. Li Yonq-Girin müdafiə naziri postunu qoruyub-saxlamayacağı bəlli deyil.

Açıqlamada deyilir ki, Kim Çen In silah istehsal potensialını genişləndirməyi də qarşısına məqsəd qoyub.

Keçən həftə Şimali Koreya lideri hərbi fabriklərə baş çəkib və burada raket mühərrikləri, artilleriya və digər silahların istehsalının artırılmasına çağırıb.

Azpost.info 

16:20 - 11 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin