Türkiyədə tikinti zamanı bina çöküb. Nəticədə 4 nəfər yaralanıb.
Asayis.Az xəbər verir ki, bu barədə "TRT Haber" məlumat yayıb.
Bildirilib ki, hadisə ölkənin Hatay vilayətində baş verib.
Binada tikinti işləri davam etdirilərkən anidən bina çöküb və işçilərdən 4-ü ağır yaralanıb.
Hadisə yerinə xilasetmə və təcili tibbi yardım qrupları göndərilib.
Yaralılar dərhal xəstəxanaya yerləşdirilib.
Hadisənin təfərrüatları araşdırılır.