Fransa Nigerdəki çevrilişdən sonra bölgədə gərginliyin artması ilə əlaqədar Burkina Faso vətəndaşlarına viza verilməsini dayandırıb.
Asayis.Az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumatda, Burkina Faso qırmızı zona elan edilib və vizaların növbəti bildirişə qədər verilməyəcəyi açıqlanıb.
Eyni zamanda viza müraciəti və zəng mərkəzlərinin də bağlandığı bildirilib.