Ermənistan ordusu belə ÇÖKDÜRÜLÜR

 Ermənistan ordusu belə ÇÖKDÜRÜLÜR

"Ermənistan ordusunu rəhbərlik vasitəsilə çökdürürlər"

Hazırkı hakimiyyət polkovnik-leytenant Ara Mxitaryanın qətli ilə bağlı məhkəmə prosesində yeni alçaldıcı addımlar atır.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin deputatı Tiqran Abramyan Facebook səhifəsində yazıb.

Abramyan 2019-cu ildə Ermənistan ordusunun bir zabitinin hakim partiyanın üzvləri, habelə Vayots Dzorun keçmiş qubernatoru, hazırda deputat olan Trdat Sərkisyan tərəfindən döyülərək öldürüldüyünü bildirib. Abramyanın yazdığına görə, indi həmin insidentin şahidlərinə qarşı hakimiyyət tərəfindən cinayət təqibi başlayıb.

Tiqran Abramyan Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisini orduda zabitlərə qarşı repressiyalarda iştirak etməkdə suçlayıb.

13:10 - 11 Avqust 2023

Digər xəbərlər

Ən son xəbərləri səhifəmizdən də izləyin